Putin müharibə istəmir

20 Yanvar 2022 08:08

ABŞ Prezidenti Cozef Bayden əmindir ki, Rusiya lideri Vladimir Putin Ukrayna ilə bağlı vəziyyətdə Qərbi sınaqdan keçirir, lakin müharibə istəmir.

"Düşünürəm ki, o (Putin-red) hələ də hər hansı tam müharibə istəmir", - Bayden mətbuat konfransında deyib.

Bayden Putinlə söhbət zamanı bir-birini başa düşdüklərini vurğulayıb.

ABŞ prezidenti rusiyalı həmkarı ilə yeni sammitin keçirilməsi imkanları barədə düşündüyünü bildirib.

"Bəli, mən əvvəlki kimi belə imkanın olduğuna inanıram", - Bayden mətbuat konfransında iki ölkə nümayəndələri arasında Ukrayna ilə bağlı böhranın aradan qaldırılması üçün açarların tapılmasına həsr olunmuş diplomatik müzakirələrin gedişatını şərh edərkən deyib.

Milli.Az