Səudiyyəli qadın beşəm dünyaya gətirib

20 Yanvar 2022 08:13

Səudiyyə Ərəbistanında 34 yaşlı qadın beş övlad dünyaya gətirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, doğuş yanvarın 12-də Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Təbuk şəhərində yerləşən Kral Salman adına xəstəxanada baş verib.

Qadın bir neçə həftə ərzində adıçəkilən tibb müəssisəsinin mamalıq və ginekologiya şöbəsinin müdiri Attiya əl-Zəhrani başda olmaqla həkimlərin ciddi nəzarəti altında olub.

Yyeni doğulmuş 10 körpənin hər birinin çəkisi 950-1100 qram arasındadır. Onların hamısının tam sağlam olduğu bildirilir.

Məlumat üçün bildirək ki, Kral Salmanın adını daşıyan xəstəxana krallığın ən böyük tibb ocaqlarından biridir. Xəstəxana 1980-ci ildə yaradılıb və ölkədə endoskopiya texnologiyasını tətbiq edən ilk tibb müəssisəsidir.

Milli.Az