Gənc oğlan mübahisə zamanı bıçaqlanıb

19 Yanvar 2022 23:50

Masallıda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Ərkivan qəsəbə sakini, 1993-cü il təvəllüdlü Ülvi Namiq oğlu Baxşıyev eyni qəsəbədən olan bir şəxslə mübahisə zamanı bıçaqlanıb.

Döş qəfəsindən bıçaq yaraları alan gənc Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az