Metrodakı problemlə bağlı açıqlama

19 Yanvar 2022 19:04

Bakıda metro qatarında problem yaranıb.

"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu gün saat 18:37-də "Həzi Aslanov-Dərnəgül" xətti ilə hərəkət edən qatar nasazlıq səbəbilə "Nizami" stansiyasından depoya göndərilib.

Onun əvəzinə ehtiyat qatar xəttə verilib.

Milli.Az