Pərvin "Survivor"dan danışdı: "Orada qadınlara iynə vururlar" - VİDEO

19 Yanvar 2022 17:48

Aktrisa Pərvin Abıyeva yeni açıqlaması ilə bütün diqqətləri üzərinə çəkib.

Milli.Az baku.ws-ə istinadla xəbər verir ki, "Deməsəm olmaz" proqramına qonaq olan Abıyeva Türkiyənin reytinqli layihələrindən olan "Survivor"la bağlı iddia səsləndirib. Aktrisa orada iştirak edən qadınlara yarışa bilmələri üçün iynə vurulduğunu deyib:

"İki il əvvəl "Survivor"a qatılmaq istədim. Bunun üçün müraciət etmişdim. Düşünürəm ki, ora elə mənim yerimdir. Fiziki cəhətdən çox güclüyəm, iradəliyəm, aclığa dözümüm var. Oradakı qadınlar kökəlirlər. Bir nüans var. Yarışda iştirak edən qadınlara iynə vururlar, o da onları kökəldir".

Ətraflı videoda:

Milli.Az