Amerika ürək xəstəlikləri Assosiasiyasının ekspertləri həkimləri və təzyiq xəstələrinin diqqətini marketlərdə satışda olan bir məhsula çəkiblər. Onlar yüksək təzyiqi güclü dərmanlardan da effektiv salan tomat şirəsi - pomidor suyunu nəzərdə tutublar. Qeyd edək ki, Amerika və Avropada marketlərdə hazır tomat şirələri çox satılır və insanlar onu içir.
Milli.Az xəbər verir ki, təbii pomidor şirəsində çox miqdarda kaliy vardır ki, bu da təzyiqi normallaşdırır, hipertoniyanın qarşısını alır.
Kaliy damarlarda olan və onları darlaşdıran natriumun neqativ təsirini azaldır. Ona görə, tomat şirəsi çox az duz qəbul edən, düzgün qidalanan, pəhrizdə olan insanlara məsləhət görülmür.
Hər 120 ml tomat şirəsində 275 mq kaliy vardır. Böyük insana təzyiqi salmaq və profilaktika məqsədilə sutkada 3000 mq kaliy tələb olunur. /medicina.az
Milli.Az