Qanda kreatini normallaşdıran qidalar

20 Yanvar 2022 22:35

Kreatinin qanımızda tapılan, normal vəziyyətdə böyrəklərin süzülüb bədəndən çıxara biləcəyi bir tullantıdır. Bununla birlikdə, müəyyən sağlamlıq problemləri böyrəyin filtrləmə işinə mane ola bilər və zərərli kreatinin bədəndə yığılmasına səbəb ola bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, tanınmış həkim nefroloq Barat Yusubov qanda kreatinin səviyyəsini salan təbii vasitələri sadalayıb.

Həkim bildirib ki, alma sirkəsi, acı qabaq, darçın, ananas, yaşıl çay, sarımsaq, zəncəfil, zoğal suyu, kokos şirəsi, portağal, zeytun yağı, alma, karbonat, limon yağı, çobanyastığı çayı, guava, soğan, papaya və cəfəri qanda kreatinin səviyyəsini azaldır.

Milli.Az