İlqarla tanışlığından danışan Zülfiyyə: "Hər ikimizin ikinci baharıdır" - VİDEO

19 Yanvar 2022 20:30

Aparıcı Zülfiyyə Bayramova şəxsi həyatı ilə diqqət çəkib.

Milli.Az baku.ws-ə istinadla xəbər verir ki, rejissor Nail Naiboğlunun "Qırmızı xətt" layihəsinin qonağı olan aparıcı həyat yoldaşı İlqar Mikayıloğlu ilə tanışlığından danışıb. Zülfiyyə hazırda İlqarla birlikdə xoşbəxt ailə həyatı olduğunu deyib:

"Biz "ANS" televiziyasında tanış olmuşuq. Həmin vaxt mən "Hökm" verilişinin, İlqar isə "Günəbaxan" proqramının aparııcısı idi. Mən televiziyaya həftədə bir-iki dəfə gəlirdim. Həmin vaxt İlqarla qarşılaşdım. Biz dost olduq. Birinci İlqar mənə sevgisini etiraf edib. O, hətta dedi ki, mən səni tanımaq üçün dost oldum. Əslində səninlə dost deyildim. Mən ona həmin dəqiqə cavab vermədim".

Ətraflı videoda: 

Milli.Az