“Qarabağ” braziliyalı hücumçu alır?

19 Yanvar 2022 19:18

"Qarabağ"ın maraq dairəsinə düşən hücumçulardan daha birinin kimliyi bilinib.

Milli.Az apasport.az-a istinadən məlumat verir ki, adı Ağdam klubunun transfer siyahısında yer alan legioner Junior Brumadodur.

22 yaşlı braziliyalı müqavilə ilə "Mitdyulland"a məxsusdur. Danimarka klubu onu 2020-ci ildə ölkənin başqa bir təmsilçisinə - "Silkeborq"a icarəyə verib.

Vətənində "Bahia"nın yetirməsi olan "sambaçı" 2019-cu ildən Danimarkada çıxış edir.

Brumado ön xətlə yanaşı, yarımmüdafiənin cinahlarında oynamağı bacarır.

Milli.Az