İradə Gülməmmədova Abşeron rayonunun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM

19 Yanvar 2022 12:50

İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Milli.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, İ.Gülməmmədova 2015-ci ildən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı idi.

Milli.Az