Gənclərin Bakı metrosunda nalayiq hərəkətləri - Polis işə qarışdı - VİDEO

19 Yanvar 2022 12:06

Bakıda gənclər metroda nalayiq hərəkətlər ediblər.

Görüntülərdə "Bakmil" metro stansiyasından Nəriman Nərimanov metro stansiyasına hərəkət edən qatarda bir qrup gəncin xoşagəlməz hərəkətlər etməsi öz əksini tapıb.

Gənclər bunu lentə alaraq sosial şəbəkədə yayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, görüntülərlə bağlı Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az