Türkiyədən Ermənistana uçuşlar BU TARİXDƏN başlayacaq

19 Yanvar 2022 11:30

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Ermənistana uçuşlarla bağlı məlumat yayıb.

Milli.Az bildirir ki, nazirlikdən verilən məlumata görə, Ermənistana qarşılıqlı uçuşlar fevralın 2-də başlayacaq.

İstanbuldan İrəvana reyslər Sabiha Gökçen hava limanından "Pegasus" aviaşirkəti tərəfindən həftədə üç dəfə həyata keçiriləcək.

Ermənistanın "FlyOne" şirkəti də öz növbəsində, İstanbul və İrəvan arasında həftədə 3 dəfə uçuşlar təşkil edəcək.

"FlyOne Armenia" şirkətinin ilk reysi fevralın 2-si axşam saatlarında İstanbulda yerə enəcək. İstanbuldan İrəvana "Pegasus" şirkətinin reysi isə elə həmin gün gecə saatlarında baş tutacaq.

Milli.Az