Astma xəstələrinə nə yardım edir?

6 Mart 2012 21:30
Çinin ənənəvi təbabətində kempo kimi tanınan vasitə astmanın müalicəsində özünü yaxşı göstərib.

Milli.Az "WebMD"ə istinadən bildirir ki, kempo 200 astmalı xəstənin qatıldığı sınaqlar zamanı xəstəlik simptomlarının aşağı salınmasına yardım edib.

Yaponiyanın Kaqosima şəhərindəki klinikanın rəhbəri Yositeru Simoidenin dediyinə görə, alimlər kemponun maraqlı xüsusiyyətləri barədə indi xəbər tuturlar.

Bu otdan indiyədək orqanizmin allergik pozuntusu olan atopik dermatitin müalicəsində istifadə olunurdu.

Milli.Az