Müştəriyə səhvən kimyəvi məhlul verən restorana 9,4 milyon dollarlıq cəza

19 Yanvar 2022 09:56

ABŞ-ın Tennessi əyalətində 8 il əvvəl müştərisinə su yerinə kimyəvi məhlul verən restoran rəhbərliyinə 9,4 milyon dollar təzminat cəzası verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Uilyam Kronnon adlı müştəriyə kimyəvi məhlulla dolu bir bardaq servis edilib.

Bu səbəbdən "Cracker Barrel"ə əvvəlcə 4,4 milyon, daha sonra isə əlavə olaraq 5 milyon dollar cəza verilib. Restoran rəhbərliyi isə qərara etiraz edərək 8 il əvvəl baş vermiş hadisəni "gözlənilməz bədbəxtlik" adlandırıb. 

Xatırladaq ki, Kronnon 2014-cü ilin aprelində səhvən masasına gətirilmiş kimyəvi məhlulu içdikdən sonra qida borusunda daxili fiziki zədələnmə meydana çıxıb.

Milli.Az