Tağıyevin heykəlinə zərər yetirən şəxslər saxlanıldı - FOTO

19 Yanvar 2022 08:22

Hacı Zeynalabdin Tağıyevin Bakıdakı abidəsini zədələnməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, hazırda istintaq hərəkətləri aparılır.

DİN rəsmisi əlavə edib ki, heykəlin qoparılan elementi heykəltəraşın iştirakı ilə yerinə bərpa edilib.

Milli.Az