Tonqada vulkan püskürməsinin ağır fəsadları

19 Yanvar 2022 08:42

Tonqada sualtı vulkan püskürməsinin nəticələri gələcəkdə ətraf mühitə ziyan vura bilər.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, peyk şəkilləri və ötən illərin məlumatları tədqiqatçılara Tonqa sakinləri üçün uzunmüddətli təhlükələri müəyyən etməyə kömək edib.

Alimlər belə qənaətə gəliblər ki, kataklizm məhsula zərər verəcək turşulu yağışlara səbəb olacaq. Yerli orqanların sakinləri yağış zamanı evdə qalmağa və təmiz su çənlərini açıq qoymamağa çağırdığı Fici adalarına belə yağışlar yağa bilər.

Püskürmə yerli regionun əsas "qida mənbəyinə" - okeana da təsir edəcək. Hələ kataklizmdən əvvəl elm adamları balıqçılara zəhərli vulkan tullantıları ilə balıqların zəhərlənməsi barədə xəbərdarlıq etmişdilər. Son püskürmə isə vəziyyəti daha da pisləşdirdi. Suya düşən kül balıqları qidadan məhrum edəcək və nəticədə onları köç etməyə məcbur edəcək.

Milli.Az