"Biz Rusiya ilə müzakirələri davam etməyə hazırıq"

19 Yanvar 2022 08:30

ABŞ təhlükəsizlik məsələləri üzrə Rusiya ilə danışıqları davam etdirməyə hazırdır və bu sahədə irəliləyiş üçün imkanların olduğuna inanır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, əgər Rusiya diplomatiya yolu ilə getmək istəyirsə, ABŞ buna hazırdır.

"Biz Rusiya tərəfinin nəzərdən keçirməsi üçün bir neçə fikir irəli sürmüşük və biz müzakirələri davam etdirməyə hazırırq",- deyə C. Sallivan vurğuıayıb.

Onun fikrincə, ətraflı nəzərdən keçirilməyə layiq olan kritik Avropa təhlükəsizliyi məsələlərində diplomatiya yolu ilə əsaslı irəliləyiş üçün imkanlar var.

Milli.Az