Bakıda piyadanı avtomobil vurub, vəziyyəti ağırdır

19 Yanvar 2022 07:28

Bakının Xəzər rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Qala qəsəbəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Osmanov Elsəvər Durmuş oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı sağ budun sınığı və ağır kəllə beyin travması alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az