Bakıda gənc oğlan küçədə bıçaqlanıb

19 Yanvar 2022 07:10

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Gəncə prospektində baş verib.

Bir milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxslərə bəraət verilib
1995-ci il təvəllüdlü Umarov Amil Füzuli oğlu küçədə tanımadığı şəxslə əlbəyaxa dava edib. Dava zamanı A.Umarov hər iki ayağından bıçaqlanıb.

Yaralı Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində araşdırma aparılır.

Milli.Az