Qəzada 4 nəfər ağır xəsarət alıb - FOTO

19 Yanvar 2022 07:00

Bakı-Qazax magistralında yol-nəqliyyat qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil arxadan "KAMAZ" markalı yük avtomobilinə çırpılıb. Nəticədə 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az