Vüsalə Əlizadənin verilişinin yayımı qəfil dayandı

18 Yanvar 2022 23:32

Azad Azərbaycan televiziyasında aparıcı Vüsalə Əlizadənin təqdimatı ilə yayımlanan "7 Canlı" verilişi qəfil yayımı dayandırıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, həftə içi hər gün 19:00-20:30 aralığında yayımlanan veriliş bu gün 19:21-də reklam fasiləsi verib. Reklamlardan sonra veriliş davam etməyib.

Verilişin instaqram səhifəsindən bugünkü buraxılışın anonsu da silinib.

"7 Canlı" verilişinin hansı səbəbdən dayanması hələlik məlum deyil.

Milli.Az