Monika Belluçinin 17 yaşlı qızından yeni - FOTOSESSİYA

19 Yanvar 2022 04:22

Məşhur italiyalı aktrisa Monika Belluçi və fransız aktyor Vensan Kasselin 17 yaşlı qızı Deva yeni fotosessiya etdirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, fotoların müəllifi fotoqraf Bastiyen Baraddır.

Deva bir neçə obrazda görüntülənib. Onun yeni fotoları izləyicilərini heyrətə gətirib.

Qeyd edək ki, son illər ərzində 17 yaşlı qız model kimi yetərincə təcrübə toplayıb. O, dəb jurnalları, "Dolce & Gabbana"nın reklam kampaniyaları üçün çəkilib və podiuma çıxıb.

Milli.Az