Türkiyədə daha 157 koronavirus xəstəsi vəfat edib

18 Yanvar 2022 23:02

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 157 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün "twitter" səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 418 min 253 nəfərin test edildiyi, 69 min 658 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 77 min 612 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Milli.Az