Acunun boşanmasına sevinən Şeymanı canlandırdı - FOTO

18 Yanvar 2022 20:12

Beş mövsümdür yayımlanan və ən reytinqli seriallardan olan "Yasak Elma"nın sonuncu bölümü gündəm olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işində Yıldız və Çağatayın boşanmasının ardından bu ayrılığa səbəb olan Kumru nişan üzüyünü sosial media hesabında paylaşaraq "Boşandılar" qısa şərhini qeyd edib. Serialdakı bu epizod illər əvvəl "TV8" telekanalının sahibi Acun Ilıcalı ikinci həyat yoldaşı Zeynep Yılmazdan boşanarkən sosial media fenomeni Şeyma Subaşının etdiyi hərəkətə bənzədilib. İzləyicilər bunu Şeymaya işarə edilmiş kimi qiymətləndirilib.

Xatırladaq ki, Acun boşandıqdan sonra Şeyma ilə ailə qurub. Həmin vaxt cütlüyün boşanma xəbərini dostlarına yayan Şeyma onlar tərəfindən ifşa edilib. O, barmağında nişan üzüyü ilə paylaşım edərək "Boşandılar" şərhini yazıb. Bununla bağlı açıqlama yaymaq məcburiyyətində qalan Şeyma "Snapçatda 20 dostum var idi. 7 il boşanmalarını gözləmişdim. Acun mənə bu gün-sabah boşanacağam deyə-deyə 7 il keçmişdi. Dostlarıma boşanma xəbərini belə açıqladım. Onlardan biri də bunu yayımladı" sözlərini işlədib. Lakin onun da Acunla olan evliliyi uzun çəkməyib və bir il sonra onlar da boşanıb.

Qeyd edək ki, serialda yuxarıda adı keçən baş rolları Eda Ece, Şevval Sam, Çagatay Kuyucu və Biran Damla Yılmaz canlandırır.

Milli.Az