"Yeni obraz yüklənir" - FOTO

18 Yanvar 2022 20:00

Türkiyəli aktrisa Dilan Çiçek Deniz imicində dəyişiklik edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa qara saçlarını sarı rəngə boyayıb. Yeni imicini sosial media hesabında paylaşan Dilan fotoya "Yeni obraz yüklənir" şərhini yazıb.

Qeyd edək ki, Dilan hazırda tərəf müqabili aktyor Burak Denizlə "Gidenler" filmində ekranlara çıxmağa hazırlaşır. Ekran işinin "Netflix" platformasında yayımlanacağı bildirilib.

Milli.Az