Ötən il Azərbaycanda nə qədər uşaq doğulub?

19 Yanvar 2022 01:44

2021-ci il ərzində Azərbaycanda yeni doğulan körpələrin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ötən ilin yanvar-noyabr ayları ərzində 101775 doğulan körpə qeydə alınıb.

Bu göstərici əhalinin hər 1000 nəfərin ə 11,1 təşkil edib. Doğulan körpələrdən 2628 nəfəri əkiz, 75 nəfəri üçəm, 8 nəfəri isə dördəm olub.

Milli.Az