11 yaşında dünyaya uşaq gətirən qızdan xəbər var

18 Yanvar 2022 20:06

11 yaşında dünyaya uşaq gətirən qız məktəbə gedir.

Bu barədə lent.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

"Həmin qız, qardaşı, anası məişət zorakılığı qurbanları üçün olan sığınacaqda qalırlar. Qız artıq məktəbə də gedir. Vəziyyəti yaxşıdır, reabilitasiya olur".

Qeyd edək ki, hadisə ötən il İmişlidə baş verib. 11 yaşlı qız atalığı Qurban Fərəcovun onu zorlaması nəticəsində hamilə qalıb. Uşaq dünyaya gəldikdən sonra vəfat edib. Atalığı isə həbs edilib.

Milli.Az