Aygünlə Röya toydan nə qədər alır?

18 Yanvar 2022 18:24

Xalq artistləri Aygün Kazımova və Röya Ayxanın toy qiyməti açıqlanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Deməsəm olmaz" verilişində məlumat verilib.

Bildirilib ki, hər iki müğənni toyda yarım saat çıxış üçün 8 min manat tələb edir.

Kazımova yarım saat üçün səhnənin istədiyi kimi qurulmasını tələb edir. O, mahnılarını da ansamblı ilə birlikdə canlı oxuyur.

Milli.Az