Tural Abbaslı kimə təlxək yazıçı dedi? - “Atan soğan, anan sarımsaq...”

18 Yanvar 2022 22:37

"Bir təlxək yazıçı çıxıb ortalığa və orda-burda səy-səy danışır. Xalqa lağ edirlər. O məşhur bir misal vare: atan soğan, anan sarımsaq. Hardan çıxdın, ay gülməşəkər?".

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bunu Ağ Partiyanın sədri Tural Abbaslı "YouTube" kanallarının birində deyib.

Yazıçının adını çəkmədən tənqid edən siyasətçi əlavə edib ki, (spirtli) içəndən-içənə danışa bilən adamlar deyir ki, "xalq yaltaqdır, qorxur.

Övladının saçının telinə bir şey olsa, özünü yandırar. Olmaz. Özünə bax, ailənə bax. Uşaqlıqdan AzTV-dəsən. Yaşadığı evi də dövlət verib. Yəni sən kimsən, çıxıb xalqa ağıl verirsən?"

Milli.Az