Rusiyada bir gündə 31 mindən çox şəxs koronavirusa yoluxub

19 Yanvar 2022 06:22

Rusiyada son sutka ərzində 31 252 nəfər koronavirusa yoluxub.

Ötən il dekabrın 6-dan sonra qeydə alınmış ən yüksək göstərici olub.

Əvvəlki gün 30 726 nəfərin yoluxması qeydə alınmışdı. Bugünədək ölkədə koronavirusa yoluxanların sayı 10,86 milyonu ötüb.

Eyni zamanda son sutkada 688 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 670 nəfər təşkil etmişdi.

Rusiyada bugünədək koronavirusdan ölənlərin sayı 322 678 nəfərə çatıb.

Milli.Az