İran boksçusu haqqında edam hökmü çıxarıldı

18 Yanvar 2022 12:21

İran boksçusu Məhəmmədcavad Vəfai-Sani haqqında ölüm edam çıxarılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölkə çempionu olmuş idmançı 2019-cu ildə yanacağın qiymətinin bahalaşmasına etiraz aksiyalarında "hökumət binalarının yandırılmasında və dağıdılmasında iştirak etməkdə" ittiham olunur. 

2020-ci ildə saxlanılan boksçu haqqında qərar bir neçə gün öncə verilib. 

Qeyd edək ki, 2020-ci ilin avqustunda güləş üzrə İran çempionu Nəvid Əfkari haqqında da ölüm hökmü çıxarılmışdı. 

Milli.Az