Tanınmış müğənni Bakıya gəlir

18 Yanvar 2022 09:42

Tanınmış türkiyəli müğənni Merve Özbey növbəti dəfə Azərbaycana gəlir.

Milli.Az Olay-a istinadən xəbər verir ki, sənətçi 28 yanvarda paytaxt restoranlarının birində çıxış edəcək.

Qeyd edək ki, bu, Mervenin Azərbaycana ikinci gəlişidir. O, 2018-ci ildə Qubada konsert vermişdi.

Milli.Az