İçib dəmir yolunda yatdı, üzərindən qatar keçsə də, xəsarət almadı - VİDEO

18 Yanvar 2022 15:06

Krasnoyarsk sakini ziyafətdən sonra dəmiryol stansiyasında dostunu qarşılamağa çıxıb. Lakin içkili şəxs relslərin arasında uzanaraq yuxuya qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, üzərindən qatar keçməsinə baxmayaraq heç bir xəsarət almayıb.

Hadisə barədə Rusiya Daxili İşlər Nazirliyinin yerli idarəsi məlumat yayıb.

İnsidentin Krol-Jetka stansiyaları arasındakı ehtiyat yollar ərazisində baş verdiyi bildirlib.

Milli.Az