Sərxoş ana azyaşlı oğlunu vəhşicəsinə döydü - VİDEO

18 Yanvar 2022 14:54

Nijni Novqorodun Yuqanets kəndində bir qadın öz uşağına qarşı zorakılıq edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, yeddi yaşlı oğlunu bir neçə dəfə təpikləyib, sillə vurub və söyüb. Azyaşlının yeganə çarəsi isə ağlamaq olub.

Rusiya Federasiyasının regional İstintaq Komitəsi videogörüntülərlə maraqlanıb.

Qurumun mətbuat xidmətindən bildirilib ki, komitə istintaqa qədərki yoxlama proseduruna start verib.

Milli.Az