Sunamidə itləri xilas etmək istədi, həlak oldu

18 Yanvar 2022 08:18

Tonqo Krallığının paytaxtı Nukualofada baş verən sunami zamanı it sığınacağının müdiri Anjela Qlover heyvanları xilas etməyə çalışarkən ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 50 yaşlı britaniyalı qadın və onun əri evlərinin yaxınlığında dalğanın təzyiqindən bir-birilərindən ayrı düşüblər. Hər ikisi heyvanları xilas etmək üçün səy göstəriblər.

Mərhumun qardaşı Nik Elaney deyib ki, bacısının əri ağacdan yapışmağı bacarıb, Anjela və heyvanları dalğa aparıb.

Qadının cəsədi bazar ertəsi səhər aşkar edilib.

Milli.Az