Qazaxda Mercedes ağaca çırpılıb, sürücü xəsarət alıb

18 Yanvar 2022 08:43

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Daşsalahlı kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü, 1997-ci il təvəllüdlü Ş.Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az