“The Best”: Robert Levandovski ilin futbolçu seçilib

17 Yanvar 2022 22:25

2021-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, FİFA-nın keçirdiyi səsvermədə Robert Levandovski (Polşa/"Bavariya") qalib olub.

O, "The Best" mükafatını qazanıb. İlin ən yaxşısı səsvermədə Lionel Messi (Argentina/"Barselona"/PSJ) və Məhəmməd Salahı (Misir/ "Liverpul") qabaqlayıb.

İlin ən yaxşı qadın futbolçusu adını isə Aleksiya Putilyas (İspaniya/"Barselona") qazanıb.

Qeyd edək ki, FİFA-nın "The Best" mükafatlarının təqdimetmə mərasimi İsveçrənin Sürix şəhərində təşkil olunub.

Milli.Az