Ötən ilin məşqçisi bəlli olub

17 Yanvar 2022 22:55

FİFA 2021-ci ilin ən yaxşı baş məşqçisini müəyyənləşdirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, mükafatın sahibi səsvermə ilə bəlli olub.

Bu ada Tomas Tuxel ("Çelsi") layiq görülüb. O, digər namizədlər Roberto Mançini (İtaliya yığması) və Pep Qvardiolanı ("Mançester Siti") qabaqlayıb.

Qeyd edək ki, FİFA-nın "The Best" mükafatlarının təqdimetmə mərasimi İsveçrənin Sürix şəhərində təşkil olunub.

Milli.Az