Dünyada koronavirusa yoluxanların sayı 325 milyonu keçib

17 Yanvar 2022 22:40

Dünyada koronavirusa yoluxanların sayı 325 milyonu keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 2 669 054 yoluxma halı və 6 916 ölüm halı qeydə alınıb.

Hazırkı dövrədək koronavirusa 326 279 424 nəfər yoluxub. Onlardan 5 536 609 nəfəri vəfat edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Milli.Az