FİFA ilin qapıçısını açıqlayıb

17 Yanvar 2022 22:30

2021-ci ilin ən yaxşı qapıçısı müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, FİFA-nın ilin ən yaxşı qolkiperi adına Edoar Mendi (Seneqal/"Çelsi") layiq görülüb.

O, qurumun keçirdiyi səsvermədə Canluici Donnarumma (İtaliya/"Milan"/PSJ) və Manuel Noyeri (Almaniya/"Bavariya") arxada qoyub.

Qeyd edək ki, FİFA-nın "The Best" mükafatlarının təqdimetmə mərasimi İsveçrənin Sürix şəhərində təşkil olunub.

Milli.Az