Elgizdən məyusedici xəbər - Təcili yardım gəldi

17 Yanvar 2022 19:54

Aparıcı Elgiz Əkbərin başına iş gəlib.

Milli.Az axşam.az-a istinadla xəbər verir ki, o, həftəsonu yediyi balıqdan zəhərləndiyini deyib. Bu haqda Elgiz "Elgizlə izlə" proqramında danışıb.

"Üstümə iki dəfə təcili yardım gəldi. Qəfildən başımdan ağrı qalxdı, təzyiqim 180-ə qalxdı. Az keçmədən 200 oldu. Təcili yardım gəldi, mədəmi yudular. Məlum oldu ki, balıqdan zəhərlənmişən. Balığı bizə kim gətirmişdi deməyəcəm. Pərvanə (aparıcı - Pərvanə Tahirqızı) və Şəfiqə xanım (vəkil Şəfiqə Nağıyeva) da yemişdi. Onlar da pis olub. Balığı gətirən özü yemədi, dostumuzdur" deyə, Elgiz əlavə edib.

Milli.Az