Yoluxanların sayı açıqlandı - 8 nəfər ölüb

17 Yanvar 2022 18:32

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 359 yeni yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Milli.Az