"Arka Sokaklar"dan ayrılan "bacı-qardaş"ın paylaşımı müzakirə yaratdı - FOTO

29 Yanvar 2022 11:30

12 ildir yayımlanan "Arka Sokaklar" serialında ciddi ayrılıqlar yaşanır.

Milli.Az bildirir ki, Rza baba, Hüsnü Çoban, Mesut kimi əsas obrazlardan əlavə Zeliha və Tekin obrazlarını canlandıran aktyorlar da serialla vidalaşıb.

Onur Bay və Yüsra Geyik ekran işindən ayrılsalar da, dostluqlarını davam etdirirlər.

Onların birlikdə səmimi paylaşımı maraq doğurub, müzakirələrə səbəb olub.

İsmayıl
Milli.Az