“Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişiklik təsdiqləndi

17 Yanvar 2022 16:18

Prezident İlham Əliyev "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununun 93-4-cü maddəsinin ikinci hissəsi üçüncü hissə hesab olunur və həmin maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilir:

"Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada yüksək hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə dövlət orqanlarında (qurumlarında) iş stajı, habelə hüquq sahəsində elmi və pedaqoji fəaliyyət müddəti onların hakimlik stajına hesablanır".

Bu Qanun 2021-ci il yanvarın 1-dən tətbiq edilir.

Milli.Az