3 həftəlik körpə koviddən öldü

17 Yanvar 2022 22:35

3 həftəlik körpə yeni növ koronavirusdan yaranan ağırlaşma nəticəsində dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu məlumat Qətərin Səhiyyə Nazirliyinin sosial media hesabında yer alır.

Məlumatda deyilir ki, körpə COVID-19-un ağırlaşmasından dünyasını dəyişib. Onun heç bir kənar, o cümlədən irsi xəstəliyi olmayıb. Bu, Qətərdə pandemiya dövründə koronavirusdan ölən ikinci uşaqdır. /medicina.az

Milli.Az