Mirasının 156,4 milyon olduğu açıqlandı

17 Yanvar 2022 20:54

2016-cı ildə 57 yaşında dünyasını dəyişən dünya şöhrətli müğənni və bəstəkar Prinsin mal-dövləti ilə bağlı 5 illik məhkəmə prosesi yekunlaşıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, ölməzdən əvvəl mirasını açıqlamayan sənətçinin potensial varislərinin başlatdığı hüquqi mübarizə nəticəsində ifaçının sərvətlərinin ümumi dəyəri 156,4 milyon dollar olaraq müəyyən edilib.

ABŞ-da Daxili Gəlir Xidməti ilə "Comerica Bank & Trust" adlı miras idarəçiliyi qurumu Prinsin aktivlərinin məbləği ilə bağlı razılığa gəliblər.

Dövlət qurumu əvvəlcə Prinsin aktivlərini 163,2 milyon dollar, "Comerica Bank & Trust" isə 82,3 milyon dollar dəyərində tanıyıb.

ABC qəzetinin xəbərinə görə, miras dəyərinin müəyyən edilməsi, varlıqların vərəsələrə bölüşdürülməsi üçün gələn ay tədbir görülməsi deməkdir.

Milli.Az