Avropada qazın qiyməti 1 000 dollardan aşağı düşüb

17 Yanvar 2022 18:18

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti təqribən 1 000 ABŞ dollarından aşağı düşüb.

Milli.Az "APA-Economics"ə istinadən bildirir ki, 17 yanvar tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) fevral fyuçerslərinin qiyməti 946 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 052,2 dollar) ilə müqayisədə 7,7% azdır.

Xatırladaq ki, dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.

Milli.Az