Azad olunmuş ərazilərə avtobus marşrutları açılır - BU TARİXDƏN - VİDEO

17 Yanvar 2022 13:16

Azad olunmuş ərazilərə yanvarın 24-dən etibarən ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir.

Milli.Az xəbər verir ki, ilkin mərhələdə Şuşa və Ağdama avtobusların getməsinə şərait yaradılacaq.

Millət vəkili Vüqar Bayramov deyir ki, işğaldan azad olunmuş ərazilərin infrastrukturunun formalaşdırılması, nəqliyyat şəbəkəsinin yenidən qurulması  və inkişaf etdirilməsi həmin ərazilərə müntəzəm avtobus marşrutlarının təşkil edilməsinə imkan yaradır.

Nəzərdə tutulan marşrut xətləri isə Bakı-Şuşa-Bakı , Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bakı-Ağdam-Bakı və Bərdə-Ağdam-Bərdədir.

Xatırladaq ki, azad olunmuş torpaqlara ilk marşrut xətti hələ 2020-ci ilin yanvar ayında Cocuq Mərcanlıya açılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az