Qarında qurultu: aclıqdan, yoxsa xəstəlikdən? – Hansı halda həkimə getməli

27 Yanvar 2022 08:41

Qarında qurultu həzm sistemində əmələ gəlmiş qaz və havanın bağırsaq peristaltikası nəticəsində dövr etməsidir.

Qurultu üçün yer, vaxt, aclıq, yemək, az, çox fərqi yoxdur. Onun qarşısını insan ala bilmir. Çox insan deyir aclıqdan qarın quruldayır. Amma elə insan var, elə yeməkdən sonra qurultu başlayır. Medicina.az xəbər verir ki, əgər qarından səs nadir halda, az və zəif olarsa, bu aclıqdan ola bilər. Əgər qurultu tez-tez və möhkəmdirsə, deməli, siqnaldır. İnsanı narahat edən bu anomal gurultunun çarəsini qastroenteroloqla birgə tapmaq lazımdır.

- Yemək yedikdən sonra qurultunun səbəbi: bir neçə saat aclıqdan sonra dərhal çox və ağır yemək qəbul etdikdə, bağırsaqlar yüksək aktivliklə işləyir. Peristaltika sürətləndikcə qazlar da çox dövr edir və qurultu yaranır.

- Bundan başqa, yağlı, ağır yeməyin həzmi üçün bakteriyaların dəstəyi lazımdır, bakteriyalar çoxaldıqca da qazlar çoxalır.

- Yemək zamanı çox hava udmaq. Tələskən yeyənlərdə, ayaqüstü qidalanmada, danışaaq yeyəndə mədəyə çox miqdar hava da daxil olur. Həmçinin əsəbi, stresli insanlar da artıq hava udurlar. Bu zaman hava qarında burulğan yaradır. Saqqız çeynəmək də çox hava udmağa səbəb olur.

- Qazların yaranması: Mədədə qida pepsin fermenti vasitəsilə həll olunur, bu da turş mühitdə baş verir. Qida kütləsi mədədən bağırsağa ötürüləndə artıq turşu neytrallaşmalııdr. Əgər bir insanda turşu sintezi yüksəkdirsə, onu tam neytrallaşdırmaq mümkün deyil. Bu zaman CO2 adlı qaz əmələ gəlir, o bağırsaqlara keçərək, qurultu yaradır.

- Aşağı, yoxsa yuxarı? Əgər qaz mədədə, 12 barmaq bağırsaqda dövr edirsə, o zaman qarında burulğan və qurultu qarının yuxarı hissəsində, döş qəfəsinə yaxın hissələrdə hiss olunacaq. Əgər qurultu, qaz dövrü qarının aşağı hissəsində hiss olunursa, deməli qazlar nazik və düz bağırsaqda daha çox toplanır.

- Bakteriyalar da günahkardır. Bağırsaqlarda yaşayan bakteriyalar da qazların yaranmasında rol oynayır. Hesablamalara görə, 12 barmaq bağırsaqda bir dəfə yemək qəbulundan sonra 4 litr CO2 qazı yığılır. Turşuluq aşağı, zəif olanda bu qaz daha da artır və zərərli mikroorqanizmlər mədədə məhv edilmir. Bu adamlarda bakteriya və göbələklər o qədər çoxalır ki, mikrloflora və balans pozulur.

- Yatanda, yoxsa gəzəndə?

Əgər sizdə gurultu yalnız uzananda, yatanda eşidilirsə, o zaman öd axarı, öd dövranı pozulub, həzm normal getmir.
Əgər həm uzananda, həm ayaq üstdə qurultu varsa, siz tam müayinə olunub, həzm sistemini yoxlatmalısız.

- Hansı qidalar qurultu yaradır?

Ən sağlam insan belə bir oturuma çox miqdarda meyvə və ya şirniyyat qəbul edirsə, normadan artıq qaz yaranacaq və qarında gurultu qaçılmazdır. Çox şəkər və şirniyyat bağırsaq mikroflorasını pozur, maya göbələkləri yaradır ki, bu da bağırsaqlarda çox qaz toplayır.

- Qazlı içki, alkoqol, pivə - artıq qaz yaradır.

Bəs hansı xəstəliklərdən qarın quruldayır:

- Sinir sistemi xəstəlikləri

- Qıcıqlanmış bağırsaq sindromu

- Nevroz, psixi pozuntular

Güclü həyəcan, stress vaxtı mədə şirəsi ifrazı artır, bağırsaq hiperaktiv olur, spazmlar qurultu verir

- Mədə-bağırsaq sisteminin kəskin və xroniki xəstəlikləri-qastrit, xora, pankreatit, xolesistit, hepatit, öd yolları diskineziyası, öd daşı və s.

- Bakteriya və göbələklərin çoxalması

- Qida allergiyası

- Ferment çatışmazlığı

Əgər qarında qurultu aylarla davam edirsə, yanaşı olaraq köp, diareya, ürəkbulanma, qarında sancı varsa terapevt və qastroenteroloqda müayinə olunun.

Milli.Az