Azərbaycanlı avtoritet GÜLLƏLƏNDİ

17 Yanvar 2022 11:34

Ukraynanın Odessa şəhərində 65 yaşlı kriminal avtoritet güllələnib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, Azərbaycan əsilli Nazir Əliyevdir. Qətlə yetirilən əslən Marneuli rayonunun Qızıl-Hacılı kəndindəndir.

N. Əliyev Ukraynada kriminal avtoritet kimi tanınıb, bir çox cinayətkar qruplaşmalar arasında "razborka"larda aktiv iştirak edib.

Milli.Az